Ankara Ər-Riyaddan Xaşuqcinin qətlində şübhəli bilinən 18 nəfərin ekstradisiyasını tələb edəcək

27-10-2018, 07:22           
Ankara Ər-Riyaddan Xaşuqcinin qətlində şübhəli bilinən 18 nəfərin ekstradisiyasını tələb edəcək
Türkiyə Baş Prokurorluğu səudiyyəli müxalifətçi jurnalist Camal Xaşuqcinin qətlində şübhəli bilinən 18 nəfərin ekstradisiyasına dair Səudiyyə Ərəbistanına göndərmək üçün sorğu hazırlayıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Ədliyyə Nazirliyinin cümə günü yaydığı bəyanatda deyilir.

"Xaşuqci işinin istintaqını aparan İstanbul Baş Prokurorluğu bizim nazirliyə onun qəsdən öldürülməsində şübhəli bilinən 18 nəfərin Səudiyyə Ərəbistanından ekstradisiyasına dair sorğu göndərib. Bu gün aldığımız sorğu Səudiyyə tərəfinə göndərilməsi üçün Xarici İşlər Nazirliyinə verilib", - deyə məlumatda qeyd olunub.

Bundan əvvəl Camal Xaşuqcinin türkiyəli nişanlısı jurnalistin öldürülməsindən danışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru