Rusiya Prezidenti Vladimir Putin, Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron bu gün Türkiyəyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçiriləcək dördtərəfli zirvə görüşündə Suriya böhranının siyasi həlli, İdlib razılaşmasının qorunub-saxlanması yolları müzakirə ediləcək. Toplantıdan sonra dörd ölkənin birgə bəyənnamə qəbul edəcəyi nəzərdə tutulub.