İzmirdə ardıcıl 3 zəlzələ baş verdi

28-10-2018, 12:59           
İzmirdə ardıcıl 3 zəlzələ baş verdi
Türkiyənin üçüncü ən böyük şəhəri olan İzmirdə ardıcıl zəlzələlər baş verib.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, episentri Egey dənizində olan zəlzələ 3 dəfə təkrarlanıb. Yeraltı titrəyişlər əvvəlcə 3,8, daha sonra 4,1, son olaraq isə 3,6 bal gücündə hiss edilib.

Zəlzələ nəticəsində böyük dağıntı və insan itkisi olmasa da, sakinlər təşviş keçirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.