Keçmiş FTB casusu Türkiyə kəşfiyyatına çalışacaq: İNDİ ABŞ DÜŞÜNSÜN

29-10-2018, 15:23           
Keçmiş FTB casusu Türkiyə kəşfiyyatına çalışacaq: İNDİ ABŞ DÜŞÜNSÜN

Keçmiş FTB casusu Sibel Edmonds, Türkiyəyə yerləşib. Edmonds, ABŞ-dakı yanlış Türkiyə imicini düzəltmək üçün çalışacağını bildirib.

Amerikanın daxili kəşfiyyatı kimi tanınan Federal Təhqiqatlar Bürosunda (FTB) bir vaxt xidmət edən Sibel Edmonds, Türkiyəyə yerləşmək qərarı alıb. Amerikada milli təhlükəsizlik müxbirləri koalisiyasının qurucusu olan keçmiş FTB əməkdaşı Edmonds, beynəlxalq arenada Türkiyəyə dəstək verən şəxslərdəndir.

Artıq Türkiyə üçün çalışacaq

Edmonds, Twitter hesabından etdiyi bölgüdə Türkiyəyə köçərək ABŞ-da qəsdən yaradılan Türkiyə əleyhinə imici düzəltmək üçün çalışacağını qeyd edib. Türkiyə adına iş aparacağını bildirən Edmons, davamçılarından da dəstək istəyib.
Edmons Tvitter-də bunları qeyd edib:

“Türkiyəyə yerləşmə təlaşları, çətinliklər sona çatdı. İndi İş və Media Təşkilatım “newsbud” ilə Türkiyəni ABŞ-da tanıtmaq vaxtıdır. Bu ölkəyə ayaq basmadan oradakı qəsdən formalaşdırılan (ABŞ medyası) yanlış obrazları ifşa edib, həqiqət obrazı göstərməkdir. Dəstək verəcəyinizə inanıram!”

Edmonds: 15 iyul MKİ - FETÖ əməkdaşlığı ilə hazırlanıb

Qeyd edək ki, ABŞ ilə Türkiyə arasında gərgin olan iplərin daha da gərilməsinə səbəb olan “Brunson” böhranının "dərin MKİ" əməliyyatı olduğunu dilə gətirən Edmonds, 15 iyul dövlət çevrilişinə cəhdin də MKİ və FETÖ-nun əməkdaşlığı ilə hazırlanmış bir çevriliş məşqi olduğunu bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.