Azərbaycanda türk ordusunun əsgərlərinə məxsus qəbirstanlıq tapıldı – ŞOK GÖRÜNTÜLƏR

29-10-2018, 20:39           
Azərbaycanda türk ordusunun əsgərlərinə məxsus qəbirstanlıq tapıldı – ŞOK GÖRÜNTÜLƏR
Göygöl rayonu ərazisində Dozlar kəndində çəkilən görüntülər yeni tarixi faktları ortaya çıxarıb.

Teref.az bildirir ki, azxeber.com-a göndərilən görüntülərdə kənd ərazisində yerləşən dağlıq bölgədə 1918-ci ildə Nuru paşanın rəhbərliyi altında Bakını işğaldan azad etmək üçün gələn Qafqaz İslam Ordusunun əsgərlərinin ermənilər tərəfindən zəhərləyərək öldürüldüyü iddia olunub.

Yaşlı kənd sakininin iddiasına görə, baxımsızlıqdan çökən qəbirlərdə Türk əsgərləri dəfn edilib: "Əsgərlər həmin tarixdə susuzluqdan əziyyət çəkdikləri üçün yaxınlıqdakı ərazidəki çaydan su içiblər. Daşnaklar isə bunu bildikdən sonra çaya zəhər buraxıblar və sudan içən əsgərlər buradaca da şəhid olublar. Şəhid əsgərlərin cəsədləri burada dəfn edilib və sağ qalanlar yollarına davam ediblər”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru