CHP MHP-yə “yaşıl işıq” yandırdı: YENİ İTTİFAQ?

30-10-2018, 11:42           
CHP MHP-yə “yaşıl işıq” yandırdı: YENİ  İTTİFAQ?
Türkiyədə müxalifətdə olan CHP bu günlərdə hakim partiya ilə ittifaqa son qoyan MHP ilə sazişə yaşıl işıq yandırıb.

Cebhe.info xəbər verir ki, CHP başqan vəkili Özgür Özəl "MHP-dən bir təklif gələrsə, partiyanın müvafiq qurumlarında müzakirə ediləcək. Ancaq CHP əvvəl olduğu kimi indi də ittifaq tələbində, ya da çalışmasında deyil",- deyib.

Partiya təmsilçisi bildirib ki, CHP ancaq MHP-dən ittifaqla bağlı təklif gələcəyi təqdirdə onu dəyərləndirəcək: "Siyasət dialoq işidir. Belə təklif olarsa, müzakirə ediləcək. MHP-nin bağışlanmayacaq xətaları, qüsurları olub. Atatürk və silah dostlarının can bahasına qurduğu bu sistemin qəsdində duran konstitusiya dəyişikliyi edən, bir zamanlar Atatürkə düşmənçilik etmiş, onun xatirəsinə sayğısızlıq edən partiyaya qoltuq dəyənəyi oldu. Qarşılıqsız dəstək verdi. MHP-nin qüsurlarını kimsə unutmasın. Dünənə qədər bağçasında oynadıqları sarayda düşdükləri vəziyyətdən sonra CHP-nin arxasınca düşəcəklərsə, bu şəxsləin konstitusiya dəyişikliyinin memarı olduğunu unutmayaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru