“Türkbarometr”in sorğusunda Atatürk və Nazarbayev 1-ci oldu
31-10-2018, 00:03
Qazaxıstanın “İctimai rəy” Elmi Tədqiqat İnstitutunun yaydığı məlumata görə, Beynəlxalq Türk Akademiyasının (TWESCO) layihəsi ilə hazırlanan “Türkbarometr” sosioloji tədqiqat mərkəzinin apardığı sorğunun nəticələri əsasında məlum olub ki, Mustafa Kamal Atatürk və Nursultan Nazarbayev türk dünyasının ən əhəmiyyətli şəxsiyyətləridirlər.
Turkustan.info xəbər verir ki, sorğunu aparan mərkəzin direktoru, B.Rakişevanın bildirdiyinə görə, TWESCO-nun “Türkbarometr” sosioloji sorğu mərkəzi Avropa Birliyinin “Avrobarometr”, “Latinobarometr”. “Avrasiya manitoru” kimi çoxşaxəli bir layihədir. Belə layihələr imkan verir ki, bu və ya digər ölkələrdə baş verən inkişaın dinamikası, siyasi və sosioloji proseslər dəqiq izlənib və doğru nəticələr əldə olunsun.
“Apardığımız sosial sorğular nəticəsində məlum olub ki, sorğularda iştirak edən türkdilli soydaşlarımızın əksəriyyəti daha çox türkdilli ölkələrə səyahət etmək arzusundadırlar.
Digər sualımızın biri belə idi: “Bizi ayıran nədir?”. Bu suala cavab verməkdə respondentlər çətinlik çəkiblər. Bizi birləşdirən cəhətlərə gəlincə isə əksəriyyət belə hesab edir ki, türk dili bütün türkdilli xalqların vahid dili olmalıdır.
Biz eyni zamanda respondentlərdən türk dünyasının ən məşhur və əhəmiyyətli şəxsiyyətinin adını çəkməyi soruşduqda, 6 ölkə içərisində iştirakçılar daha çox Mustafa Kamal Atatürk və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adını çəkiblər”.
Qeyd edək ki, sorğuda iştirak edən ölkələr əsasən Qazaxıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Türkiyə və Qırğızstan vətəndaşları olublar.