Qəhrəman türk sürücü : qadını sürətlə gələn qatarın altına düşməkdən qurtardı

2-11-2018, 07:36           
Qəhrəman türk sürücü : qadını sürətlə gələn qatarın altına düşməkdən qurtardı
Almaniyada türk avtobus sürücüsü hücuma məruz qalan bir qadını sürətlə gələn qatarın atına düşməkdən xilas edib. AzEuroNews.com xəbər verir ki, 37 yaşlı Uğur Altun bu qəhrəmanlığına görə mükafat alıb. Təqdimat mərasimində Almaniyanın daxili işlər naziri Horst Zeehofer də iştirak edib. Daxili işlər naziri ZDF kanalının təsis etdiyi “Mədəni cəsarət”mükafatını türk avtobus sürücüsünə təqdim edib.

Hadisə barədə məlumat verən U.Altun deyib ki, Ştutqart şəhərini mərkəzi dəmiryolu vağzalında fasilə verdiyi zaman qışqırıq səsləri eşidib. Tez platformaya tərəf qaçan U.Altun bir kişinin bir qadını saçlarından tutub sürətlə gələn qatarın altına atmaq istəməsini görüb.

O, dərhal qadını onun əlindən alaraq sürətlə gələn qatarın altına düşməkdən xilas edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru