İstanbulda metro xəttinin üstündəki yol çökdü - ÖLƏNLƏR VAR
2-11-2018, 09:34
Ötən gecə İstanbulda metro xətti üzərindəki yol çöküb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, meqapolisin Umraniyyə rayonunda Dudullu-Bostançı xətti üzrə tikilən yeni metro stansiyasının yaxınlığında yol çöküb. Hadisə nəticəsində ərazidəki gözətçi məntəqəsi torpağın altında qalıb. Məntəqədə olan şəxslərdən birinin meyiti artıq çıxarılıb.
Digər şəxsin axtarışları davam etdirilir.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.