Türkiyədə təhlükəli terrorist öldürüldü - Başına 300 min pul qoyulmuşdu

2-11-2018, 10:00           
Türkiyədə təhlükəli terrorist öldürüldü - Başına 300 min pul qoyulmuşdu
O, "Baran-Amed-Kino" kod adlı İlyas Karakoçdur

Türkiyədə məşhur terroristlərdən biri öldürülüb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı ölkənin daxili işlər nazirliyi yayıb.

Məlumata görə, o, Diyarbakırdə Lice-Türeli kəndinin ərazisində zərərsizləşdirilən 4 terrorçudan biri olub.

Terrordan axtarılanlar siyahısında onun başına 300 min TL mükafat qoyulmuşdu.

Onun "Boz kateqoriyada" yer alan "Baran-Amed-Kino" kod adlı İlyas Karakoç olduğu aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru