Türkiyədə azərbaycanlı iş adamının həbsinə qərar verildi
5-11-2018, 11:56
Türkiyədə məhkəmə azərbaycanlı iş adamı Rza Zərrabın həbs olunması barədə qərar qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Qeyd edək ki, Rza Zərrab barəsində Beykozda yerləşən evində “Mədəniyyət və Təbiət Varlıqlarını Qorumaq Qanunu”na zidd təmir işləri aparması iddiası ilə məhkəmə başladılıb. Zərrab bu maddəyə əsasən 3 ilə qədər həbs oluna bilər.