Kürdlər ümidini Moskvaya bağladı - Əsədlə razılıq

5-01-2019, 08:36           
Kürdlər ümidini Moskvaya bağladı - Əsədlə razılıq
Moskvadakı görüşlərdə Bəşər Əsəd hökuməti ilə razılaşmanı ehtiva edən sənədi rusiyalı diplomatlara təqdim etdim.

Axar.az xəbər verir ki, bu sözləri suriyalı kürdlərin diplomatik təmsilçisi Badran Jia Kurd deyib. O bildirib ki, suriyalı kürdlərin yekun qərarı Əsəd hökuməti ilə razılığa gəlməkdir:

“Nəyin bahasına olursa-olsun, ABŞ etiraz etsə belə, bu yöndə çalışacağıq”.

Kurd məhz Rusiyanın vasitəçiliyi ilə Əsədlə razılaşma əldə etmək istədiklərini əlavə edib:

“Bizim fikrimizə görə, Rusiya Dəməşqlə yeni üfüqlər açmağa çalışır. Biz bunu hiss edirik. Top artıq Dəməşqlə Rusiyadadır. Bu əsasla biz müzakirələr və dialoq apara bilərik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru