Türk olmaq suçmu, Türk milləti üçün çalışmaq suçmu. Türkəm Türklər üçün çalışıram.

5-01-2019, 17:47           
Türk olmaq suçmu, Türk milləti üçün çalışmaq suçmu. Türkəm Türklər üçün çalışıram.
Yasəmən Qaraqoyunlu

Amma məndən nəhəng, qorxunc, dev bir "Talış düşmanı" düzəldilir. Mən bunları izləyirəm və susuram. Bilirəm ki, məni bu çirkin siyasi oyuna salıb ləkələmək istəyirlər. Çox ilgincdir ki bu təbliğat sistemi mənim prezidentə məktubumdan sonra birdən partladı və meydana çıxdı. Sonra əleyhimə çirkin yazılar yazanlar, məni Pantürkizmdə günahlandıranlar təbliğat aparanlar özləri yazılarının bir qismini sildilər. Marak edirəm. Bəs niyə silirsiniz yazdıqlarınızı...

Türk olmaq suçmu, Türk milləti üçün çalışmaq suçmu. Türkəm Türklər üçün çalışıram. Və həm də bütün insanlıq üçün çalışıram və Azərbaycanda yaşayan türklərlə bərabər bütün az saylı xalqlar üçün çalışıram.

Dəyərli dostlarım. Hansısa güclər və qruplar 3 aydır facebookda sistemli təbliğat apararaq məndən "Talış xalqının düşməni" obrazı yaratmaq istəyirlər. Rusiyada və Avropada qurulmuş Talış təşkilatları özəlliklə bu fəaliyyətdə çox aktivdirlər. Ermənilər və ruslar da onlarla bərabər bu təbliğata qoşulmuşlar. 3 aydır Talış əsilli şəxslər sürəkli inboiksuma təhqirlər, söyüşlər yazırlar. Mən axı Talış düşməni deyiləm bütün bunlar hardan qaynaqlanır. Bu təbliğatı quranlar kimlərdir. Və əleyhimə yazılmış təhqirlərdə İran və erməni siyasəti çox açıq aydın görünür.
Maraq edirəm nədən Talışların qəzəbinə gəlmişəm. Niyə məndən məhz Talış düşməni obrazı formalaşdırılır.

Mən Talış xalqının düşməni deyiləm. Amma mən seperatçıların düşməniyəm. Əleyhimə təbliğat aparan Talış təşkilatlarının əksəriyyəti separatizmi dəstəkləyən təşkilatlardır.
Bax bunu bütöv bir xalqın düşməni kimi yozmaq yanlışdır.

Bəs bu təşkilatlar mənim hansı fəaliyyətimdən narazıdırlar. Niyə məni hədəfə götürmüşlər. Bütöv Azərbaycan qurmaq istediyim üçünmü. Türk dilini müdafiə etdiyim üçünmü. Türkiyə Azərbaycan inteqrasiyasını dəstəklədiyim üçünmü. Separatizmi pislədiyim üçünmü. Mənə yazılanlardan, əleyhimə aparılan təbliğatlardan belə başa düşdüm ki, onlar mənim Türkçülüyü təbliğ edən çıxışlarımdan,yazılarımdan qəzəblidirlər. Niyə axı. Azərbaycan bir evdir. Ortaq evimizdir. Mən bu evdə Türk kimi yaşayım sən də Talış kimi. Məsələ bu qədər sadədir. Mən sənin Talış olmağını qəbul edirəm,sayğı duyuram, bəs sən mənim Türk olmağımı niyə qəbul etmirsən, sayğı duymursan. Bir arada yaşamaq üçün mən sənin Talış olmağını qəbul etmişəmsə, sən də mənim Türk olmağımı qəbul etməlisən.Və biz hamımız, Talışlar da,Türklər də Azərbaycanlıyıq. Mənim baxışım budur. Və mən bir Türk kimi əsla Talış, Ləzgi düşməni deyiləm, heç bir xalqın düşməni deyiləm. Mən Türk Millətinə düşmən olanların düşməniyəm .
Facebookda yazdığım yazıları kontekstdən çıxararaq mənim əleyhimə təbliğat aparanlara uymayın.

Həmişə demişəm. Azərbaycanda heç vaxt Türk-Talış qarşıdurması olmayıb.
Azərbaycanda Talış problemi yoxdur. Lakin nə qədər ki, İran və Rusiya var , Azərbaycanda Talış və ya ləzgi və ya kürd problemi yaradılacaqdır və ya Talışlara düşmən olan bir Türk obrazı yaradılacaqdır. Necəki bu gün mənim şəxsimdə buna çalışılır. Əlbəttə bilirəm ki, bunu edən İrandır. Günaz.tv-dəki çıxışlarıma, İran haqqında yazılarıma və Bütöv Azərbaycan Hərəkatına rəhbərlik etməyimə qarşı yönələn bir saldırıdır bu. Bu İranın fəaliyyətidir, təbliğatıdır...

Türk Milləti min ildir Orta Doğuda onlarla xalqa önderlik edərək, bir arada tutaraq barış və istikrarı saxlamışdır.Qorumuşdur. Türk əsgəri bu yolda şəhid olmuşdur. Osmanlıda da,İranda da, Xorasanda da, Afrikada da, Balkanlarda da, Ərəbistan yarımadasında da Türk Milləti qoruyucu rolu oynamışdır. Türk Milləti həm islamın, həm də Orta Doğu xalqlarının qoruyucusudur. Xaçlı savaşlarını tarixdə də bu gündə də durduran Türk millətidir. Bizimlə yaşayan xalqlar da Türk Millətinə sayğı dymağa borcludur. Türk millətinin qanadları və qoruması altında tarixinizi və mədəniyyətinizi sürdürün xoşbəxt olun deyirik, amma Türk Millətini arxadan vurmayın deyirik. Türk Millətinin çəkildiyi bütün coğrafiyalarda bu gün imperialist xaçlılar soyqırım həyata keçirir. Qan su yerinə axır. Çünki onları durduracaq Türk ordusu Anadoluya çəkildi və yaxşı ki də belə oldu. Qoy tarix Türk Ordusunun və Millətinin Orta Doğudakı barış gücünü etiraf etsin. Qoy Tarix özü Türk Ordusunu Xilaskar kimi yenidən meydana çağırsın. Nə yazıqlar ki, tarixin bu Xilaskarını içdən çökdürmək istəyənlər çox-çoxdur. Türklər heç vaxt kiçik xalqlarla vuruşmamışlar. Türklər dev cəbhələrlə, sivilizasiyalarla vuruşmuşlar...Türk Millətinin Xarakteri Türk Millətinin yazqısıdır.

Azərbaycanda da bu belədir. Türklər üzükdür, az saylı xalqlar bu üzüyün qaşı.

Azərbaycan Türk Millətinin iştirakı olmadan yüksələ bilməz. Bunu qəbul edin və biz Türklərlə birləşin. Azərbaycanda yaşayan bütün xalqlar yalnız birləşməklə inkişafa nail ola bilərlər. Türk Milləti Talış xalqının qoruyucusudur və bir Türk kimi mən də həmçinin.

Bütöv Azərbaycan təkcə coğrafiyanın bütövlüyü deyil, həm də Azərbaycanda yaşayan bütün insanların bütövlüyüdür.

Talış xalqına və Talış dostlarıma sayğılarla.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.