Türkiyədən Hollandiyaya “Beyin köçü”: 100 ən yaxşı mühəndis

6-01-2019, 09:57           
Türkiyədən Hollandiyaya “Beyin köçü”: 100 ən yaxşı mühəndis
Türkiyədə ASELSAN, TÜBİTAK SAGE və TUSAŞ kimi nəhəng şirkətlərdə çalışan 100 ən yaxşı mühəndis ölkəni tərk edib. AzEuroNews.com xəbər verir ki, onlar Hollandiyaya köçüblər. Türk mühəndislər burada da müdafiə sənayesinə aid şirkətlərdə çalışacaqlar.

Hollandiya türk mühəndislərə yüksək maaş, ev kirayələrini qarşılama, uşaqların məktəblərə adaptasiyası kimi təkliflər edir. Eyni zamanda Türkiyədən gələn hər bir mühəndisə Hollandiya vətəndaşlığı verilir.

Mövzu ilə bağlı danışan Türkiyənin Cumhuriyyət Xalq Partiyasından seçilən (CHP) İlham Özcan Aygün bildirib ki, bu Türkiyə üçün “Milli təhdid”dir. Deputat vurğulayıb ki, 100 ən yaxşı mühəndisin Hollandiyaya köçməsi nəticəsində Türkiyənin Milli Müdafiə Nazirliyi çətin vəziyyətə düşə bilər.

“Söhbət strateji məlumatlardan gedir. Türkiyə hökuməti təcili “beyin köçü”nün qarşsını almalıdır. Onların sosial vəziyyəti yaxşılaşdırılmalıdır. Əks təqdirdə Türkiyə fəlakətlə üz-üzə qalacaq ” deyə deputat vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru