İraqın şimalında 7 terrorçu zərərsizləşdirilib

7-01-2019, 07:38           
İraqın şimalında 7 terrorçu zərərsizləşdirilib
Türkiyənin Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalındakı Avaşin-Basyan rayonundakı obyektlərinə zərbələr endirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

Məlumata görə, əməliyyat zamanı 7 terrorçu zərərsizləşdirilib. Öldürülənlər arasında Türkiyə Hərbi Qüvvələrinin sərhədyanı hissəsinə hücuma hazırlaşan terrorçular da var.

Türkiyənin təhlükəsizlik qüvvələrinin PKK terrorçularına qarşı indiyə qədər keçirdiyi əməliyyatlar zamanı 10 mindən çox silahlı zərərsizləşdirilib.

Daha əvvəl Türkiyə ordusunun ötən il zərərsizləşdirdiyi terrorçuların sayı açıqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru