"O qızı yanıma gətirin" - Tüfənglə universitetə gəlib tələb etdi
8-01-2019, 08:49
Türkiyənin Konya şəhərində Səlcuk Universitetinə gələn silahlı gənc intihara cəhd edib.
Teleqraf.com xəbər verir ki, 25 yaşlı Yunus D. sevgilisilə münasibətlərinin pozulduğunu bildirərək onun yanına gətirilməsini tələb edib.
Tüfəngini çənəsinə tuşlayan gənci polis son anda zərərsizləşdirə bilib. Platonik eşq yaşayan Yunus D. polis bölməsinə aparılıb və fakültədə dərslər bərpa edilib.