Trampın şok qərarının əsl səbəbi: “Ərdoğan kürd separatçılarını qoruyacaqlarına təminat vermişdi”

8-01-2019, 14:38           
Trampın şok qərarının əsl səbəbi: “Ərdoğan kürd separatçılarını qoruyacaqlarına təminat vermişdi”
“Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Amerika əsgərlərinin çəkilməsindən sonra Türkiyə olaraq Suriyadakı kürd qüvvələrin qorunmasını təmin edəcəklərini söyləmişdi”.

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, bu iddianı ABŞ-ın dövlət katibi Mayk Pompeo irəli sürüb.

Məlumata görə, Yaxın Şərq turuna çıxmağa hazırlaşan Pompeo CNBC kanalına verdiyi müsahibədə bildirib ki, "Amerikanın dəstək verdiyi kürd qüvvələrini hədəf almayacağı barədə təminat verən Prezident Rəcəb Tayyib Ərdoğan İŞİD-lə mübarizəni davam etdirəcəyini də öz öhdəsinə götürübmüş. Dövlət katibinin fikrincə, Trampın Suriyadan çəkilmək qərarı "taktiki dəyişiklik"dir və "İŞİD-in qlobal sahədə məğlub edilməsi” siyasətindən vaz keçmək demək deyil.

Amerika əsgərlərinin Suriyadan çəkilmə planının İŞİD-in aradan qaldırılması, ya da İranın bölgəyə nüfuz etməsinə son vermək missiyasını dəyişdirməyəcəyini vurğulayan Pompeo deyib: "İrana qarşı formalaşdırdığımız strategiyamızda heç bir dəyişiklik yoxdur".

Qeyd edək ki, ABŞ prezidenti ötən ayın ortalarında türkiyəli həmkarı ilə telefon danışığından sonra Suriyadan çəkilmək barədə qərar vermiş və bu qərarı ilə hər kəsi təəccübləndirmişdi. Trampın qərarına etiraf edən Pentaqonun başçısı və Ağ evin İŞİD üzrə məsləhətçisi istefaya getmişdilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.