İsveçrədə “Allahu Əkbər” deyərək bir dostunu salamlayan 22 yaşlı Orxan adında türk cərimələnib.
AzEuroNews.com xəbər verir ki, hadisə İsveçrənin Şafhauzen şəhərində qeydə alınıb. Belə ki, şəhərdəki Türkiyə Mədəniyyət Mərkəzinin qarşısında bir dostuna “Allahu Əkbər” deyərək salam verən Orxan adlı şəxsə polislər müdaxilə edib. O saxlanılıb və ifadəsinin alınması üçün polis idarəsinə gətirilib. Daha sonra sərbəst buraxılan gəncin işi məhkəməyə göndərilib.
Məhkəmə ötən gün “İctimai narahatlıq”ı əsas gətirərək türk gənci 186 avro cərimələyib.