"Lopa bığlı" türk lirəsini öldürdü

9-01-2019, 05:10           
"Lopa bığlı" türk lirəsini öldürdü
Dollar 5.42 səviyyəsindən 5.47 səviyyəsinə qalxıb
Türklərin "Lopa bığlı" adlandırdıqları ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ötən gün axşam saatlarında Ankaraya səfər edib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Con Boltonun Türkiyəyə səfəri türk lirəsini təzyiq altına salıb. Belə ki, ötən gündən etibarən dollar/TL 5.42 səviyyəsindən 5.47 səviyyəsinə qalxıb.


Con Bolton
Səfərlə əlaqədar olaraq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Con Boltonun İsraildə ikən göndərdiyi ultimatuma cavab verib. Con Bolton bildirib ki, ABŞ bir şərtlə ordusunu Suriyadan geri çəkəcək. Bu şərtə görə, Türkiyə Suriyadakı kürd ittifaqlarını qorumalıdır.

Ərdoğan bu gün keçirilən toplantıda isə bunun mümkünsüzlüyünü ifadə edib. O, Türkiyəyə gələn Boltonla görüşməyib. ABŞ nümayəndəsi ilə Ərdoğanın sözçüsü İbrahim Kalın görüşüb.

Ərdoğanın verdiyi son açıqlama və atdığı addım Türkiyə-ABŞ münasibətlərinin yenidən pozulacağı proqnozuna səbəb olub. Bu proqnozdan sonra Türkiyə lirəsi yenidən ucuzlaşmağa başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru