Həbsxana kamerasında təkbaşına uşaq dünyaya gətirdi

9-01-2019, 06:30           
Həbsxana kamerasında təkbaşına uşaq dünyaya gətirdi
Tibb bacıları doğuşdan beş dəqiqə əvvəl qapıdan qadına nə etməli olduğunu deyiblər

Avstraliyanın cəzaçəkmə müəssisələrinin birində Amu adlı qadın cəzaçəkmə məntəqəsində tək qalan zaman uşaq dünyaya gətirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bandyuup adlı xəstəxanada baş verib.

Yanvar ayında məhkəməsi olan qadın bir müddət nəzarətdə saxlanılıb. Hamiləliyinin səkkizinci ayında olan Amu həbsxanaya göndərilib. Martın 11-də axşam saatlarında isə onun doğuş sancıları başlayıb.

Qadın tibb bacısından kömək istəyib. Tibb bacısı onu parasitamol verib və məhkumu hücrəyə geri göndərib. Bir saat sonra qadının ağrıları çoxalıb. Qadın yenə kömək istəyib. Amma tibb bacıları açarları gəzdirən işçini tapa bilməyiblər.

Nəticədə, qadın uşağı təkbaşına dünyaya gətirmək məcburiyyətində qalıb. Tibb bacıları doğuşdan cəmi beş dəqiqə əvvəl qapıdan qadına nə etməli olduğunu deyiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.