Həbsxanadakı qardaşının arvadına təcavüz etdi - "İçkili idim, xatırlamıram"
9-01-2019, 06:59
"Saçımdan tutub yataq otağına apardı".
Türkiyənin Adana şəhərində qardaşının arvadına təcavüz etməkdə təqsirləndirilən Sezer B. 27 il müddətinə azadlıqdan məhrum edilib.
AzNews.az xəbər verir ki, Sezer B. haqqındakı iddiaları qəbul etməyib və özünü belə müdafiə edib:
“Biz eyni həyətda yaşayırıq. Qardaşımın arvadı mənə səslənərək uşağının xəstə olduğunu dedi. İçkili idim. Qusmağa başladım. Ondan sonrasını xatırlamıram”.
Məhkəmə şübhəliyə cinsi istismara görə 21 il, şəxsin azadlığını məhdudlaşdırdığına görə 4 il 6 ay, mənzil toxunulmazlığını pozduğuna görə isə 1 il 6 ay olmaqla cəmi 27 il həbs cəzası verib.
Sezer B. mala zərər vurmaqdan bəraət alıb.
Qeyd edək ki, Adanada üç uşaq anası D.B. keçən ilin aprel ayında qaynı tərəfindən təcavüzə məruz qaldığını bildirib:
“Uşaqlar yatmışdı. Qapı döyüldü. Baxdım ki, qaynımdır. Qapını açmağımı istədi. Sabah gəlməyini istədim. Vacib bir şey olduğunu dedi. Qapını açdım, tez kilidləyib açarı cibinə qoydu. Açarı verməyini istədim, mənə “Mən bu gün qardaşımın yatağında yatacam. Yataq otağını göstər” dedi. Saçımdan tutub yataq otağına apardı və otağın qapısını kilidlədi. Çox yalvardım, məni dinləmədi”.
Hadisədən sonra D.B. ailəsi tərəfindən Hataya gətirilib, uşaqlar isə atasının yaxınlarına təhvil verilərək Adanada saxlanılıb.