Yüz min azərbaycanlı Təbrizdə müstəqillik və müqəddəratını təyin haqı tələb etdi – VİDEO

16-02-2019, 15:43           
Yüz min azərbaycanlı Təbrizdə müstəqillik və müqəddəratını təyin haqı tələb etdi – VİDEO
Turkustan.info bildirir ki, GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2019-cu il fevral ayının 15-də Güney Azərbaycanın mərkəzi olan Təbriz şəhərinin Səhənd Stadionunda Güney Azərbaycanın Traxtur komandası ilə Tehranın İstiqlal komandasının yarışında yüz mindən çox azərbaycanlı gənc üzərində “self-determination is a right, not a crime” şüarı yazılmış plakard qaldırmaqla Güney Azərbaycana müstəqillik və müqəddəratını təyin haqı tələb etdilər.

Azərbaycanlı fəallar həmçinin “Azərbaycan bir olsun-mərkəzi Təbriz olsun”, “Türk dilində mədrəsə-olmalıdır hər kəsə” şüarı səsləndiriblər.

Azərbaycanlı gənclər həmçinin “free political prisoners in azerbaijan” plakardı nümayiş etdirmək, eləcə də “Siyasi zindanilər gərək azad olsun” şüarı səsləndirməklə Güney Azərbaycanın siyasi məhbuslarına azadlıq tələb ediblər.

Təbrizin 70 minlik Səhənd stadionu azərbaycanlı tərəfdarlarla dolduğu üçün 30 mindən çox azərbaycanlı stadionun ətrafındakı təpəliklərdən yarışı izləyiblər.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.