ABŞ vitse-prezidenti Ərdoğana cavab verdi, Türkiyəni təhdid etdi:"Biz buna seyirçi qalmayacağıq"

16-02-2019, 20:40           
ABŞ vitse-prezidenti Ərdoğana cavab verdi, Türkiyəni təhdid etdi:"Biz buna seyirçi qalmayacağıq"
dönüşü zamanı “S-400 raketlərini alacağıq. Rusiya ilə anlaşmadan geri addım atmayacağıq” bəyanatına rəsmi Vaşinqtondan cavab gəlib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens bu gün Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Ərdoğana hədələyici mesaj göndərib:“NATO müttəfiqləri Qərbdən silah alarkən, Türkiyənin Rusiyadan reket almasına ABŞ seyirçi qala bilməz”.

Vitse-prezident, eyni zamanda, NATO üzvləri olan ölkələri müdafiə xərclərini artırmağa çağırıb.

O, bundan əlavə, ABŞ-ın Yaxın Şərqdə varlığını güclü formada davam etdirəcəyini bəyan edib: “Biz Yaxın Şərqdə İŞİD-in izini izləməyə də davam edəcəyik”.

ABŞ rəsmisi İranla bağlı məsələyə də toxunub və Tehran rejimini terrora dəstəkdə ittiham edib: “Biz avropalı müttəfiqlərimizdən ABŞ-ın sanksiyalarını baltalamağı durdurmağı tələb ediirk. Avropa Birliyi İranla nüvə anlaşmasından geri çəkilməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru