Türkiyəyə F-35 hədəsi: ABŞ zərər görəcək... – Rus ekspert

18-02-2019, 08:10           
Türkiyəyə F-35 hədəsi: ABŞ zərər görəcək... – Rus ekspert
Türkiyənin S-400 raket sistemlərini əldə etməsi təkcə bu hərbi texnikanın özəllikləri ilə bağlı deyil, eyni zamanda ölkənin müstəqil xarici siyasət yürütmə imkanlarının göstəricisidir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Viktor Nadein-Rayevski deyib.

“Türkiyə NATO-dan ayrılmasa da, özünün müstəqil qərar vermə qabiliyyətini qoruyur və bu yöndə hər hansı güzəştə getməyi düşünmür”, - ekspert bildirib.

O, ABŞ-ın Türkiyəni F-35 proqramından çıxaracağı ilə bağlı hədələrini də gərəksiz sayıb:

“Təyyarə özəl şirkətin daxilində istehsal edilir. Bu istehsalata Türkiyə də qoşulub. Əgər Türkiyə bu proqramdan çıxarsa, bu ölkənin yerinə başqalarını axtarmaq lazım gələcək. Belə olan halda istehsalat gecikəcək və şirkətə zərər dəyəcək. ABŞ bunu çox yaxşı başa düşür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru