Azərbaycan şəhəri erməni şəhəri ilə qardaşlaşıb? - Açıqlama

19-03-2019, 22:19           
Azərbaycan şəhəri erməni şəhəri ilə qardaşlaşıb? - Açıqlama
Güney Azərbaycanın Xoy şəhərinin Ermənistanın Çermuk şəhəri ilə qardaşlaşması xəbəri təkzib edilib.

Teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Xoy şəhər bələdiyyə sədrinin müavini Ələkbər Çitsaz deyib.

Şəhər yetkilisi qeyd edib ki, Xoyla Ermənistanın heç bir şəhəri, o cümlədən Çermuk arasında qardaşlıq müqaviləsi imzalanmayıb:

“Bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda Türkiyənin Van və Konya şəhərləri ilə qardaşlaşma müqaviləsi imzalamaq üzrəyik. Başqa heç bir xarici şəhərlə belə bir müqaviləmiz yoxdur”.

Qeyd edək ki, ötən günlərdə sosial şəbəkələrdə Güney Azərbaycanın Xoy şəhərinin Ermənistanın Çermuk şəhəri ilə qardaşlaşdığı barədə xəbərlər yayılmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.