AKP-dən təbrik almayan İmamoğlu Ərdoğana ismarıc göndərdi:"Biz bu şəhəri barışdırmağa gəlirik"
18-04-2019, 22:38
“Əlbəttə, həyəcanlıyam, amma bu həyəcanım ağılımın önünə keçə bilməz. Məsuliyyətimin fərqindəyəm”.
Strateq.az xəbər verir ki, bunu İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
O, “AKP-dən təbrik aldınızmı?” sualına “Buradakı rəsmi telefonlardan gəlmədi, cib telefonuma isə hələ baxmamışam”, – deyə cavab verib.
Jurnalistlərdən birinin “Cənab Ərdoğan İstanbula gələcək. Onu qarşılayacaqsız?” sualına isə İmamoğlu belə cavab verib: “Vəzifəm nəyi tələb edirsə, onu da edərəm. Bundan kimsənin şübhəsi olmasın. Əl tutub görüşməklə yanaşı, fürsətimiz olarsa, qucaqlaşarıq. Biz bu şəhəri barışdırmağa gəlirik”.