Türkiyənin Van vilayətində rixter cədvəli üzrə 4,3 bal gücündə zəlzələ baş verib.
Redaktor.az Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, yerli vaxtla 12:56-da qeydə alınan yeraltı təkanların episentri Saray rayonunda yerləşib. Zəlzələ yerli sakinlər arasında təşvişə səbəb olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Qeyd edək ki, son 1 ay ərzində Türkiyədə təsiri 3 baldan çox olan 10-a qədər zəlzələ baş verib.