Ərdoğan bütün bələdiyyə sədrlərini Ankaraya çağırdı

10-09-2019, 01:55           
Ərdoğan bütün bələdiyyə sədrlərini Ankaraya çağırdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün böyük şəhər bələdiyyə sədrlərini Ankaraya dəvət edib.

“Qafqazinfo”nun məlumatına görə, Prezidentlə sədrlərin görüşü çərşənbə günü Ərdoğanın iqamətgahında baş tutacaq. İclasda AKP, CHP və MHP-li sədrlər iştirak edəcək.CHP lideri Kamal Kılıçdaroğlu partiyasından olan bütün sədrlərin dəvətə qatılacaqlarını açıqlayıb. Ötən ay istefaya göndərilən Van, Mardin və Diyarbakır bələdiyyə sədrlərinin yerinə təyin olunan valilər də iclasda iştirak edəcəklər.

Xatırladaq ki, 31 mart seçkilərində böyük şəhərlərin 15-nə AKP-li, 11-nə CHP-li, 3-nə HDP-li, 1-nə isə MHP-li bələdiyyə sədri seçilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru