Türkiyə dənizlərində ilk dəfə görülən balığa “Fənərbağça” adı verilib

14-09-2019, 00:14           
Türkiyə dənizlərində ilk dəfə görülən balığa “Fənərbağça” adı verilib
Türkiyə dənizlərində ilk dəfə görülən 31 santimetr uzunluğu, bir kiloqram ağırlığı olan balığa “Fənərbağça” adı verilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin İskəndərun Texnik Üniversiteti tərəfindən İskəndərun Körfəzində aparılan araşdırmalar zamanı dünya tibb ədəbiyyatında “Pomacanthus imperator” kimi tanınan balıq növünə rast gəlinib.

Bu canlının daha çox tropik dənizlərdə yaşadığı bildirilir.

Türkiyə dənizlərində ilk dəfə görünən canlının sarı-göy rəngdə, zolaqlı olması Türkiyənin məşhur “Fənərbağça” futbol klubunun bayrağını xatırladır. Bu səbəbdən balığa futbol klubunun adı verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru