Həccə gedənlərdən rüşvət alan cinayətkar məmur qrupu ifşa olundu...

17-09-2019, 08:28           
Həccə gedənlərdən rüşvət alan  cinayətkar məmur qrupu ifşa olundu...
Onların göz yaşları içərisində cinayətlərini etiraf etdikləri video nümayiş edildi...


Türkmənistanda Həcc ziyarətinə dövlət hesabına pulsuz yollanmalı olan zəvvarlardan rüşvət alan cinayətkar qrup ifşa edilib.

Moderator.az xəbər verir ki, bu haqda Türkmənistan televiziyası reportaj yayımlayıb. Ötən cümə günü ölkənin Baş prokuroru Batır Atdayev hökumətin geniş iclasında cinayətin təfərrüatlarını açıqlayıb.

Məlum olub ki, 2018-ci ilin sentyabrından 2019-cu ilin iyuluna qədər bir qrup məmur Məkkə və Mədinəyə Həcc ziyarətinə dövlət hesabına gedənlərin siyahısına salmaq üçün bəzi vətəndaşlardan xüsusilə böyük məbləğdə rüşvət alıb. Onların arasında Türkmənistan Müsəlmanları Ruhani İdarəsinin aparıcı əməkdaşları da var. İstintaqın nəticələri əsasında şübhəlilər cinayət məsuliyyətinə cəlb olunub. İstintaq çərçivəsində cinayətkarların ələ keçirdiyi külli miqdarda vəsait, 4 mənzil, avtomobillər və digər əmlak müsadirə edilib.

Hökumət iclasında məhkumların cinayətlərini etiraf etdikləri, tövbə etdikləri və göz yaşları içərisində bir daha belə işlər görməyəcəklərinə söz verdikləri görünən video nümayiş olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru