Almaniyada “Türk” yazılı tatuirovka müzakirə edilir
20-09-2019, 00:47
Almaniyanın Köln şəhərində bir mühafizə xidmətinin əməkdaşının boynunda “Türk” yazılı tatuirovka ilə xidmət aparması müzakirə mövzusuna çevrilib. AzEuroNews.com xəbər verir ki, ötən gün bununla bağlı Almaniyada gündəlik nəşr edilən “Bild” məqalə dərc edilib.
Sosial şəbəkərlərdə müzakirəyə çıxarılan fotoya şərh yazanlar bildiriblər ki, həmin şəxs radikal “Bozqurd” təşkilatın üzvü ola bilər.
İsifadəçilər radikal qruplara aid olan şəxslərin mühafizəçi kimi çalışmasının yolverilməz olduğunu vurğulayaraq Daxili İşlər Nazirliyindən bununla bağlı araşdırma aparılmasını tələb ediblər.