Ərdoğanın kürəkəni ilə ilginc dialoq – Deyək, dayını uçurtsunlar.../ Video

19-09-2019, 23:12           
Ərdoğanın kürəkəni ilə ilginc dialoq – Deyək, dayını uçurtsunlar.../ Video
İstanbul Aerokosmik və Texnologiya Festivalına (TEKNOFEST) qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdarla vətəndaş arasında maraqlı dialoq yaşanıb.

TEKNOFEST İdarə Heyətinin sədri Səlcuq Bayraqdarın yanına gələn şəxsin istəyinə müsbət cavab verməsi rəğbətlə qarşılanıb.

Jurnalistlərə müsahibə verərkən orta yaşlı şəxs Bayraqdara yaxınlaşaraq “Hərbi Hava Qüvvələri Akademiyasına daxil olmaq istəyirdim, amma imkansızlıq ucbatından arzumun arxasınca gedə bilmədik. Ən böyük xəyalım buradakı təyyarələrdən birinə minməkdir” deyib.

Bayraqdar köməkçilərinə müraciət edərək “Mehmət bəyə deyək, dayını uçurtsunlar” təlimatını verib.

İlginc dialoq ətrafdakılar tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Türkiyənin ilk milli S/İHA Sistemi Bayraktar TB2-nin yaradıcısı olan Səlcuq Bayraqdar ölkə başçısının qızı Süməyya Ərdoğanın həyat yoldaşıdır. \\Teleqraf













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru