Adnan Oktarın "Bacı"sı: "Sevgi dolu cəmiyyət yaratmaq istəyirik" - FOTO

19-12-2019, 10:57           
Adnan Oktarın "Bacı"sı: "Sevgi dolu cəmiyyət yaratmaq istəyirik" - FOTO
Bir neçə gün əvvəl Adnan Oktar Təşkilatının istintaqı çərçivəsində saxlanılan 91 nəfər ev dustağı kimi azadlığa buraxılıb. Onların 77 nəfəri qadındır.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, Adnan Oktarın təşkilatında “Bacı” olaraq tanınan Tülay Kumaşçı həbsxanada yaşadıqlarından danışıb. Bir neçə rəfiqəsi ilə birlikdə özlərinə aid villada yaşayan Tülay Kumaşçı İstanbul Texniki Universitetinin Riyaziyyat Mühəndisliyi Fakultəsinin məzunudur. Kumaşçı təşkilat daxilində zorla saxlandıqları barədə iddiaları rədd edib:

“Biz bir-birimizi sevən bir cəmiyyətik, azad insanlarıq. Hər birimiz 30-40 yaşlarındayıq. Zorla tutula bilmərik. Hamımız universitet məzunuyuq. Sərbəst yaşayan və ailələri ilə xoşbəxt həyat sürən azad fərdlərik. İstədiyimizi etməyə qadirik. Məsələn, bu mənim evimdir, öz evimdə sərbəst yaşayıram. Biz sevgi ilə qurulan birlik olduğumuz üçün düşündüyünüz şeylərin olması əsla mümkün deyil”.



Tülay Kumaşçı bildirib ki, barələrində bir çox yalnış informasiyalar yayılır:

“Məsələn otelə gedənlərdən bəhs olunur və s. Belə bir şey heç vaxt olmayıb. Hər birimiz evdə yaşayırıq. Ailələrimiz də bizi dəstəkləyir. Çox az ailə var ki, qızlarını başa düşmür. Onlar da təsir altındadır. Amma biz onlarla görüşüb yola gətirməyə çalışırıq”.

Ehtiyaclarını necə qarşıladıqlarını deyən Tülay Kumaşçı bildirb ki, ev dustağı olduqları üçün ailələri, əsasən də anaları tez-tez yanlarına gəlir və onları lazım olan hər bir şeylə təmin edir. Təşkilat üzvü xanımın sözlərinə görə, onlar hər zaman dövləti dəstəkləyiblər. Tulay Kumaşçı sadəcə məsələnin çox şişirdildiyini düşünür:

“Biz bir həbsxana həyatı yaşadıq. Hazırda ev dustaqlarıyıq və buna görə dövlətə təşəkkürümüzü bildiririk. Hər birimiz normal insanlarıq, haqqımızda bəzi xəbərlər çox şişirdilir. Adnan Bəy də “bizi cəza evinə Allah göndərdi və Allah da çıxardı” deyir. Bu bizim üçün çox böyük təcrübə oldu. Cinayət törədən, narkotiklə məşğul olan insanlarla qaldıq. Bu, həqiqətən bir sınaq idi. Allaha təvəkkül etdik. Əlbəttə ki, günahsız bir cəmiyyət, sevgi icmasıyıq. Bu sadəcə sevgidir. İnsanlar arasında sevgini yaymaq, sevgi cəmiyyəti yaratmaq istəyirik. Həbsxanada da bizi sevirdilər. Hətta “yaxşı ki gəldiz, sizi tanıdıq, həmişə ekranda görürdük. İndi isə həqiqətən sevgi dolu insanlar olduğunuzun şahidi olduq” deyənlər də oldu. Biz Allahdan razıyıq” , -deyə Tülay Kumaşçı əlavə edib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.