Qazaxıstandakı təyyarə qəzasının ilkin səbəbləri bilindi

28-12-2019, 00:01           
Qazaxıstandakı təyyarə qəzasının ilkin səbəbləri bilindi
Qazaxıstanda təyyarənin qəzaya uğramasının mümkün səbəbləri istintaq tərəfindən müəyyənləşdirilib.

RİA Novosti xəbər verir ki, hazırda prioritet versiya kimi texniki nasazlıq və pilot səhvi məsələsinə baxılır.

Baş nazirin müavini Roman Sklyarın sözlərinə görə, təyyarədə havada hündürlük yığdığı zaman nasazlıq baş verib və bu zaman təyyarənin quyruğu iki dəfə uçuş-eniş zolağına dəyib.

Uçuşdan dərhal sonra yerə düşən hava gəmisi beton arakəsməyə və ikimərtəbəli tikiliyə çırpılıb.

Faciə yerində xilasetmə işləri başlayıb. Sərnişinlər və heyət üzvləri təxliyyə olunub, yanğının qarşısı alınıb. Qəzanın baş verdiyi ərazinin yaxınlığında təyyarənin “qara qutu”su tapılıb.

Xatırladaq ki, hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 95 sərnişin və 5 heyət üzvü olub.

Qazaxıstan DİN-in son məlumatına görə, 12 nəfər həlak olub. Səhiyyə Nazirliyi doqquzu uşaq olmaqla 53 yaralının xəstəxanaya yerləşdirildiyini bildirib. Onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru