Türk ordusu girdiyi ölkələr: Azərbaycan da var - Siyahı

28-12-2019, 10:18           
Türk ordusu girdiyi ölkələr: Azərbaycan da var - Siyahı
Liviyanın Milli Razılıq Hökumətinin Ankaradan rəsmən hərbi dəstək istəməsindən sonra türk ordusunun 2020-ci ildə bu ölkəyə yardım üçün girməsi ehtimalı artıb.

Axar.az xəbər verir ki, əgər bu gerçəkləşərsə, Liviya Türkiyənin hərbi heyətinin mövcud olduğu 13-cü ölkə olacaq.

Hazırda Şimali Kipr Türk Respublikasında 20 min, Suriyada təxminən 16 min, İraqda 2500, Əfqanıstanda 400, Somalidə 300, Qətərdə 290, Kosovada 270, Bosniya və Hersoqovinada 165, Azərbaycanda 70, Albaniyada 30 türk hərbçisi var.

Bundan başqa, Türkiyə Silahlı Qüvvələri (TSQ) bəzən dənizdə terrorla mübarizə çərçivəsində Bəhreyndəki Birləşmiş Dəniz Qüvvələri Qərargahına da gəmi və şəxsi heyət göndərir.

Qeyd edək ki, ötən gün TSQ-dəki səlahiyyətli şəxslər əmr verildiyi təqdirdə ordunun Liviyada əməliyyata başlamağa hazır olduğunu deyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru