Səhiyyə Nazirliyi yeni ildən rüşvətsiz işləməyi planlaşdırır - ÖHDƏLİK

30-12-2019, 17:41           
Səhiyyə Nazirliyi yeni ildən rüşvətsiz işləməyi planlaşdırır - ÖHDƏLİK
Özbəkistan Səhiyyə Nazirliyi 2020-ci ili korrupsiyaya qarşı mübarizə ili elan edib. Bu barədə Səhiyyə Nazirliyinin fövqəladə video-konfransı zamanı açıqlama verilib.

Baş Prokurorluqda keçirilən iclasda Baş prokuror Niqmatilla Yuldaşev səhiyyə sahəsində çoxsaylı korrupsiya və qanun pozuntularına işarə edib. O, vurğulayıb ki, son iki ildə 581 səhiyyə işçisi müxtəlif qanun pozuntularına, onlardan 114-ü isə korrupsiya cinayətlərinə görə cəzalandırılıb.

Baş prokuror işçilərin işə qəbulu prosesində, maliyyə-təsərrüfat fəaliyyətlərində, tibbi xidmətlərin göstərilməsində və əczaçılıq dəstəyində baş verən korrupsiya hallarına diqqət çəkib.KONKRET.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.