İçərisində suriyalı döyüşçülər olan təyyarələr Liviyaya eniblər – Əl Hədəs telekanalı

2-01-2020, 01:44           
İçərisində suriyalı döyüşçülər olan təyyarələr Liviyaya eniblər – Əl Hədəs telekanalı
İçərisində Suriya müxalif silahlı qüvvələrinin döyüşçüləri olan 4 təyyarə çərşənbə günü Liviya paytaxtındakı beynəlxalq Mitiqa aeroportuna eniş edib. Bu xəbərlə «Əl Hədəs» telekanalı çıxış edib.

Kanalın versiyasına görə, döyüşçülər Tripoli hərbi şurasının sabiq başçısı Əbdül Həkim Belhaca məxsus aviaşirkətin təyyarələri ilə gəliblər. Belhacın islam radikal qruplaşmaları ilə əlaqəli olduğu bildirilir.

Bazar ertəsi Suriyanın «Əl Vətən» qəzeti xəbər vermişdi ki, Türkiyə Faiz Səracın başçılıq etdiyi Liviya Milli Həmrəylik Hökumətini dəstəkləmək məqsədilə, 2 min nəfərdən ibarət döyüşçü qrupunu Liviyaya göndərməyə hazırlayır. Bundan əvvəl isə Liviya ərazisinə 500 nəfərdən ibarət döyüş təcrübəsi olan müxaliflər gətirilib. Nəşrin məlumatına görə, Suriyanın şimalında Türkiyənin nəzarəti altında olan zonalarda 4 mərkəz yaradılıb və orada döyüşçülər siyahıya alınır. Döyüşçülərin seçilməsi ilə «Sultan Murad», «Süleyman şah» və «Əl-Müətəsim» briqadalarının komandirləri məşğul olurlar. Briqadalar Suriyada yaşayan etnik türkmənlərdən ibarətdir.

Yanvarın 2-də Türkiyə Böyük Millət Məclisi (parlament) Liviyaya ordu göndərilməsi imkanlarını nəzərdə tutan qanun layihəsinə baxacaq. Prezident Rəcəb Tayyip Ərdoğan dəfələrlə bəyan edib ki, ölkəsi Türkiyə hərbçilərinin Liviyaya göndərilməsinə hazırdır – əgər Liviya Milli Həmrəylik Hökuməti kömək üçün müraciət edərsə. Noyabrın 28-də Ankara və Tripoli əməkdaşlıq barədə, o cümlədən, hərbi sahdə əməkdaşlıq barədə memorandum imzalayıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.