Türkiyədə ötən gün 257 zəlzələ qeydə alındı - Hesabat

26-01-2020, 08:50           
Türkiyədə ötən gün 257 zəlzələ qeydə alındı - Hesabat
Türkiyənin Elazığ şəhərində baş verən zəlzələ ilə bağlı hesabat yayılıb.

Axar.az xəbər verir ki, bu barədə hesabat yayan İstanbul Universiteti 6.8 bal gücündəki zəlzələnin Sivricə, Doğanyol və Pütürgə bölgələrində daha çox hiss edildiyini bəyan edib.

Hesabatda zəlzələnin dərinliyinin 20 kilometr olduğu, Sivricənin mərkəzinə qədər olan məsafənin təxminən 23 kilometr təşkil etdiyi vurğulanıb. Güclü zəlzələdən sonra ötən gün axşam saatlarına qədər 1.9 baldan böyük 257 zəlzənin (afterşok) baş verdiyi qeyd olunub.

Xatırladaq ki, yanvarın 24-ü axşam saatlarında baş verən zəlzələ nəticəsində 29 nəfər dünaysını dəyişib, 1466 yaralanıb. Ölən və yaralananların sayının artacağı istisna edilmir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.