Türk kəşfiyyatının şefinin ölkəyə gizli səfəri: “Gecə saatlarında...”

13-06-2020, 00:04           
Türk kəşfiyyatının şefinin ölkəyə gizli səfəri:
Türkiyənin Milli Kəşfiyyat Xidmətinin (MİT) rəisi Hakan Fidan İraqa gizli səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İraqın “Arabic” telekanalı məlumat yayıb.

Telekanalın hökumətdəki mənbədən aldığını iddia etdiyi məlumatda qeyd edilib ki, MİT rəhbəri Hakan Fidan iyunun 11-də İraqın paytaxtı Bağdada gizli səfərə gəlib. Səfər çərçivəsində Fidanın yeni qurulan Baş nazir Mustafa əl-Kazıminin rəhbərliyindəki kabinetin üzvləri ilə görüşüb.

Məlumatda səfərin gecə saatlarında gerçəkləşdiyi bildirilib.

Rəsmi Bağdad yayılan məlumatla əlaqədar açıqlama verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru