Türkiyədən Əfqanıstanla bağlı bəyanat

13-06-2020, 00:04           
Türkiyədən Əfqanıstanla bağlı bəyanat
Türkiyə Xarici İşlər Nazirliyi Əfqanıstanın paytaxtı Kabildə məsciddə baş verən teraktı qınayan bəyanat yayımlayıb.

Axar.az xəbər verir ki, XİN-in bəyanatında dost və qardaş əfqan xalqına başsağlığı mesajı çatdırılır.

“Son günlər Əfqanıstanda ibadət yerlərində təşkil edilən terror hücumlarından dolayı olduqca narahatıq. Hücumda həyatını itirənlərə Allah rəhmət diləyir, yaralılara da təcili şəfalar diləyirik”, - deyə bildirilib.

Qeyd edək ki, Əfqanıstanın paytaxtı Kabildə məscidlərin birində partlayış olub. Hadisə nəticəsində 4 nəfər həlak olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.