Berdıməhəmmədov hərbçilərə mürəbbə bişirtdirəcək

13-06-2020, 00:07           
Berdıməhəmmədov hərbçilərə mürəbbə bişirtdirəcək
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov qeyri-adi addımları, davranışı ilə fərqlənir.

O qədər qəribə davranır ki, daha Asiya dövlətinin başçısının hərəkətlərinə təəccüblənmək də olmur.

Bizimyol.info xəbər verir ki, Berdıməhəmmədov hərbçilərə mürəbbə bişirtdirəcək. Türkmənistan İnformasiya Agentliklərinin məlumatına görə, dövlət başçısı Kopetdağ ətəyindəki hərbçilər və hüquq-mühafizə orqanları əməkdaşlarının təsərrüfat yerləri ilə tanış olub. Baş nazirin təhlükəsizlik məsələləri üzrə müavini Çarımırat Amanov prezidentə yeni at tövlələrinin yerini göstərib. Berdıməhəmmədov deyib ki, hər bir hərbçi at sürməyi bacarmalıdır.

Türkmənistan prezidenti çıxışında fərdi təsərrüfatlarda meyvə yetişdirilməsinin vacibliyindən söz açıb. O, hərbçilərə toplanan meyvələrdən mürəbbə bişirməyi məsləhət görüb. Berdıməhəmmədov xüsusilə heyva mürəbbəsinin dadlı olduğunu deyib. Prezident ona təklif olunan albalının dadına baxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru