Yeniyetmələrin sosial şəbəkədə silahla şəkil paylaşmaq həvəsi ölümlə nəticələndi - FOTO

13-06-2020, 09:30           
Yeniyetmələrin sosial şəbəkədə silahla şəkil paylaşmaq həvəsi ölümlə nəticələndi - FOTO
Türkiyənin Kocaeli şəhərində dərs öyrənmək üçün bir yerə toplaşan yeniyetmələrin oyunu faciə ilə nəticələnib.

Sondakika.com xəbər verir ki, 17 yaşlı Batuhan Demirhan dostlarını dərs oxumaq üçün evinə dəvət edib.

O, atasına aid tapançanı götürərək dostları ilə əylənib. Bir müddət sonra T.K. adlı yeniyetmə B.Demirhandan tapançanı alıb.

Onlar sosial şəbəkədə paylaşmaq üçün şəkil çəkdirən zaman açılan atəş B.Demirhana tuş gəlib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Dostunun ölümünə səbəb olan T.K. həbs edilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru