Baş nazirdən qərargah rəsinə: “Təcili qayıt” – Türkiyəyə qarşı şok həmlə

23-07-2020, 00:08           
Baş nazirdən qərargah rəsinə: “Təcili qayıt” –
Türkiyənin Meyisti adası yaxınlığında karbohidrogen axtarışları elan etməsi Yunanıstanda gərginlik yaradıb.
Teleqraf.com xəbər verir ki, rəsmi Ankaranın qərarı açıqlamasından sonra Yunanıstan Baş naziri Kiryakos Miçotakis Cənubi Kiprdə səfərdə olan Silahlı Qüvvələrin baş qərargah rəisi Konstantinos Florosa zəng edərək, təcili ölkəyə qayıtmasını tələb edib.

Baş nazirin bu məqsədlə qərargah rəisinə bir neçə dəfə zəng etdiyi və təkidlə qayıtmasını tələb etdiyi bildirilib.

Miçotakisin eyni zamanda Müdafiə naziri Nikos Panagiotopoulosa da zəng etdiyi qeyd edilib.

Türkiyənin qərarından sonra Yunanıstan Silahlı Qüvvələrinə “həyəcan” komandasının verildiyini yazan “Fileleftheros” qəzeti Afina və Cənubi Kipr arasında “açıq xətt”in tətbiq olunduğunu yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru