İlk atəş açan tərəf onlar olarsa... – Türk admiral

23-07-2020, 10:56           
İlk atəş açan tərəf onlar olarsa... – Türk admiral
Yunanıstan ilk atəş açan tərəf olsa, bu, beynəlxalq hüququn ciddi şəkildə pozulması olacaq.

Axar.az xəbər verir ki, bunu türkiyəli admiral Cem Gürdəniz Yunanıstan-Türkiyə gərginliyindən danışarkən deyib.

“Əgər belə hal yaşanarsa, hər suveren dövlət kimi Türkiyənin də özünü müdafiə etmək hüququ var. BMT də hücuma məruz qaldıqda özünü müdafiə haqqını tanıyır. Yunanıstan Avropa Birliyi (AB) və ABŞ kartlarından istifadə etmədən Türkiyə ilə danışıqlara başlamalıdır. Türkiyə də problemin danışıqlar yolu ilə həll olunmasını istəyər. Yunanıstan danışıqlardan imtina etdiyi müddətcə Türkiyənin öz maraqlarını qorumaqdan başqa bir seçimi yoxdur”, - admiral bildirib.

Qeyd edək ki, Türkiyənin Meis adası yaxınlığında qazma işlərinə başlayacağını elan etməsi Yunanıstanı qəzəbləndirib. Yunanlar türklərə mane olmaq üçün ordunu hazır vəziyyətə gətirib. Türkiyə də qarşıdurma riskinə qarşılıq olaraq döyüş gəmiləri, PUA-lar və F-16-ları bölgəyə göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru