Adı "boz siyahı"da olan PKK terrorçusu təslim oldu
31-10-2020, 12:42
Terrorçuluğa görə axtarışda olan, adı "boz siyahı"da olan PKK üzvü inandırma yolu Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.
Avropa.info xəbər verir ki, bu barədə Türkiyə DİN məlumat yayıb. 2012-ci ildə terror təşkilatına qoşulan terrorçu Mardin və Hakkari vilayəti jandarma zabitlərinin inandırma cəhdləri nəticəsində təslim olub.
Qeyd edək ki, 1 yanvardan bu yana inandırma yolu ilə təslim olan terrorçuların sayı 186-ya çatıb.