Abdullah Ağardan ŞOK AÇIQLAMA: "3 yerə parçalanacaq, Türkiyə hazır olmalıdır" - FOTO

5-01-2021, 09:54           
Abdullah Ağardan ŞOK AÇIQLAMA:
Düşünürəm ki, 2021-ci il böyük riskə – İraqın parçalanmasına qayıtdığımız il olacaq.

KONKRET.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar çıxış edib.

“Aşağıdakı xəritə İraqı ən azı 3 hissəyə bölməyə çalışanlara məxsusdur. Ancaq bilirlər ki, İraq bölünməyə başlayarsa, bu, 3 hissəyə parçalanmaqla bitməyəcək. Türkiyə və bölgə üçün İraqın sabitliyi Suriya ilə müqayisədə daha böyük həcm və riskə sahibdir.

İraq Yaxın Şərqin geosiyasi və qlobal teologiyasının ürəyidir. Türkiyə İraqı hər zaman izləməyə, staregiya qurub təsir göstərməyə hazır olmalıdır”, – Ağar qeyd edib.

Ağar İraqın parçalanacağının səbəblərini belə izah edib:

– Mərkəzi hökumətin zəifliyi;

– Federal sistemin tətbiq edilməməsi;

– Ekoloji böhran;

– Neftin ucuzlaşması;

– Ölkəyə İran-ABŞ müdaxiləsi və davası;

– Məzhəb və etnik çəkişmə.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru