Sarıqamışda donaraq şəhid olan mehmetciklərin şərəfinə qardan heykəl hazırlanıb

7-01-2021, 08:36           
Sarıqamışda donaraq şəhid olan mehmetciklərin şərəfinə qardan heykəl hazırlanıb
Qars valiliyi və Sarıqamış yerli idarəetmə orqanının dəstəyi ilə Cıbıltepe Xizək Mərkəzi ərazisində hazırlanan nəhəng qar heykəlləri şəhidlərin xatirəsinə olan sonsuz minnətdarlıq nümunəsidir.
Türkiyədə yanvarın 8-9-da Sarıqamış Hərəkatının 106 illiyi münasibətilə anım tədbirləri keçiriləcək.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçiriləcək tədbirlər çərçivəsində hazırlanan ən anlamlı əsər Qafqaz Universitetinin müəllimi Muhammet Hanifi Zenginin təşəbbüsü ilə hazırlanıb. Sarıqamışda donaraq şəhid olan mehmetciklərin xatirəsinə qardan heykəllər hazırlanıb. Qars valiliyi və Sarıqamış yerli idarəetmə orqanının dəstəyi ilə Cıbıltepe Xizək Mərkəzi ərazisində hazırlanan nəhəng qar heykəlləri şəhidlərin xatirəsinə olan sonsuz minnətdarlıq nümunəsidir.


Heykəllərin hazırlanmasında 200 maşın qardan istifadə edilib. Belə ki, bölgədə qar gec yağdığına görə ərazidə istənilən qədər qar və buz tapmaq mümkün olmayıb. Məhz bu səbəbdən 10 gün ərzində 200 yük maşını qar əraziyə daşınıb.

Mənfi 20 dərəcədə qar və su ilə hazırlanan şəhid heykəllərinin açılışı yanvarın 9-da baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru