Bu gün Türkiyə faiz qərarını açıqlayacaq

21-01-2021, 11:44           
Bu gün Türkiyə faiz qərarını açıqlayacaq
Bu gün Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayacaq. Bank faiz qərarını Bakı vaxtı ilə saat 15:00-da açıqlayacaqdır.

Marja xəbər verir ki, əksər iqtisadçılar bu yığıncaqda faizin sabit saxlanacağını nəzərdə tuturlar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yüksək faizlərə dair tənqidlərinə davam edib.

Türkiyə Respublikası Mərkəzi Bankının sədri Naci Ağbal vəzifəyə gəldiyindən bu yana sərt pul siyasəti istiqamətində sürətli addımlar atıb. Onun rəhbərliyində Bankın Yanvar yığıncağını pas keçməsi gözlənilir. Son inflyasiya məlumatı iqtisadçıların proqnozlarından yüksək olsa da son yığıncaqdan bu yana Türk Lirəsi tərəfində sabitlik izlənib.

Əksər iqtisadçılar TCMB -nin faizini 17% səviyyəsində saxlayacağını gözləyir. Bir sıra iqtisadçılar isə 0,5 və ya 1 bənd artımla faizin 17,5% və ya 18%-ə qaldırılacağını gözləyirlər.

Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitiklərinə görə, USD/TRY məzənnəsi təqribən son bir aydır 7.50 - 7.30TL aralığında dalğalanmaqdadır və görünən odur ki, treyderlər TCMB-nin qərarı öncəsi mövqelərində tələsmək istəməyiblər. Texniki mənzərə 7.30 səviyyələrinin qırılması ilə ucuzlaşmanın orta müddətli perspektivdə 7TL səviyyələrinə kimi davam edəcəyini ehtimal etməyə əsas verir.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 16:45-də Avropa Mərkəzi Bankı da faiz qərarını açıqlayacaqdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.