Türkiyədə 24 saat ərzində 65 nəfər koronavirusdan vəfat edib

8-03-2021, 07:00           
Türkiyədə 24 saat ərzində 65 nəfər koronavirusdan vəfat edib
Türkiyədə son 24 saat ərzində COVID-19 səbəbilə 65 ölüm faktı qeydə alınıb. “Haber Global”ın məlumatına görə, sutka ərzində ölkədə 129 299 nəfərin koronavirus testi yoxlanılıb. Onlardan 11 187 nəfərin cavabı pozitiv çıxıb. 7785 nəfər isə sağalaraq, adi həyat tərzinə qayıdıb.

Beləliklə də, indiyədək Türkiyədə edilən testlərin sayı 34 122 851-ə çatıb. Yoluxanların sayı 2 780 417, sağalanların sayı 2 623 924, ölənlərin sayı isə 29 030 nəfərədək yüksəlib.

Hazırda ölkədə koronavirusa yoluxmuş 1261 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.
azpolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru