Bu, Rusiyanı Türkiyəyə qarşı çevirə bilər - Babacan

28-04-2021, 09:16           
Bu, Rusiyanı Türkiyəyə qarşı çevirə bilər - Babacan
Türkiyə ilə Rusiya arasında maraqların toqquşması Türkiyə-Ukrayna hərbi anlaşmasından qaynaqlana bilər.

Axar.az xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Əbdürrəhman Babacan deyib.

"Bu, Türkiyənin maraqları və siyasəti ilə bağlı bir məsələ olsa da, Rusiyanı narahat etdiyi aydındır. Bu narahatlıq çox böyük qırılma şəklində deyil, ancaq əhəmiyyətli geosiyasi məsələlərdə Rusiya Türkiyə əleyhinə müəyyən şəkildə çevirə bilər", - Babacan söyləyib.

Qeyd edək ki, aprelin 10-da Ukrayna lideri V.Zelenski Türkiyədə səfərdə olub və həmkarı R.T.Ərdoğanla hərbi anlaşmalar imzalayıb. Bundan sonra isə Rusiya tərəfi pandemiyanı səbəb gətirərək Türkiyəyə təyyarə reyslərini məhdudlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru